“Həmin 3 nəfər təyyarəyə necə minib?” – Britaniya ştammına görə AZAL günahkardır

“Həmin 3 nəfər təyyarəyə necə minib?” – Britaniya ştammına görə AZAL günahkardır
Artıq Azərbaycanda koronavirusun Britaniya ştammının aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb. Məlumatda deyilir ki, Britaniya ştammı ölkəyə yaxın günlərdə səfər etmiş 3 nəfərdə aşkarlanıb.

Ötən il hələ koronavirus yeni yayılmağa başladığı zaman əhali Azərbaycanla İran, o cümlədən digər ölkələrlə sərhəddin bağlanılmasını tələb edirdi. Hətta düşünülürdü ki, sərhədlər gec bağlandığına görə, ölkədə virusun yayılma prosesi sürətlə getdi.

Hazırda da Britaniya ştammı ilə bağlı cəmiyyətdə narahatlıq müşahidə edilir. Eynilə düşünülür ki, ya sərhədlər bağlanmalıdır, ya da ölkəyə daxil olanlar ciddi yoxlanılmalıdır.

Bununla əlaqəli tibbi ekspert Adil Qeybulla Sfera.az-a açıqlaması zamanı sərhədlərin bağlanmasına tərəfdar olduğunu bildirib:

"Amma bir məsələ də var ki, bütün dünya ölkələri pandemiyanın qarşısını ala bilmədi. Virus dünyaya, o cümlədən Azərbaycana da yayılmağa başladı. O ki qaldı,  Britaniya ştammına, bu gün geniş şəkildə yayılır. Əslində, Mərkəzi Avropaya da xeyli yayılıb. Bütün Avropada epidemioloji vəziyyət pisdir. Britaniyada ayrı-ayrı şəhərlərə gediş-gəliş qadağan edilib. O baxımdan bizdə də müəyyən qaydalar sərtləşdirilə bilər. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda epidemioloji vəziyyətin pisləşməsi qeydə alınır. Ola bilsin ki, dinamika artsın və karantin qaydaları müəyyən qədər sərtləşdirilsin. Çünki dövlət vəziyyətdən asılı olaraq qərar verir”.

Ekspert bildirib ki, insanlar hər yerdə karantin qaydalarını gözləməli, xüsusilə də qapalı müəssisələrdə, ticarət mərkəzlərində, iaşə obyektlərində buna əməl etməlidirlər: "Yayılma potensialı artsa, bunu artıq 3-cü dalğa kimi dəyərləndirə bilərik. Bununla bağlı da müəyyən tədbirlər görülməlidir”.

Real partiyasının icraçı katibi Natiq Cəfərli məsələ ilə bağlı qeyd edib ki, Britaniya ştammı ölkəyə səfər edən şəxslərdə müəyyən edilibsə, burda müəyyən suallar yaranır: " Birincisi, AZAL-ın daxili və ölkənin qaydalarına görə təyyarəyə ancaq mənfi testi olan insanlar buraxılır. İkincisi, əgər belədirsə, o 3 nəfər yoluxmuş təyyarəyə necə minib? Belə çıxır ki, AZAL və Operativ Qərargah öz işini yaxşı görmür, xaricdə edilən testlər fiksiyadır. O zaman hansı ölkədə elə geydirmə test edilib, niyə açıqlanmır?
 
Yox, əgər testlər doğru aparılır və nəzarət güclüdürsə, o 3 nəfərin harda və necə yoluxması haqqında niyə məlumat yoxdur? Əgər bu məlumat ölkə əhalisini qorxudaraq növbəti qapanma üçündürsə, bu multfilmdir. Dürüst olun, çıxın deyin ki, əcəb edirik, kefimiz qapanmaq istəyir”.

İqtisadçı-ekspert Zöhrab İsmayılın fikrincə, rəsmi qurumlar hazırda ölkəyə gələnləri mütləq yoxlamalıdır: "Bu günlərdə Ukraynadan Azərbaycana gələnlərin əksəriyyəti saxta arayışla gəlirlər. Covid-19 testi burada bir az bahadır. Bizimkilər isə ucuz yol axtarır. Əslində isə burada pulsuz test də vermək olur, amma arayışı bir gün sonra alırsan. Bizimkilər isə ümumən test də vermək istəmirlər. Beləliklə də dələduzlardan internet vasitəsilə saxta koronavirus analizi arayışı almaq ən asan yol sayılır”.

Ekspert vurğulayıb ki, Ukraynadan Bakıya gələn əksəriyyət hazırda bu arayışı alır və ora da istədikləri tarixi yazdırırlar: "Odur ki, AZAL gərək indi ən azından islaq möhürlü arayışları tələb etməlidir. Qalanını da TƏBİB bilər”.
 
Qeyd edək ki, ölkədə aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun "Britaniya ştammı" aşkarlanıb. Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...