\"Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam\" - Günel Səfərova

\
 "Mən parlament seçkilərinə qatılanda da ölkədə demokratiya, azad seçkilər, insan haqları uğrunda mübarizə aparırdım. Bundan sonra da belə olacaq. Bu seçkilərdə çoxları kimi mənim də haqqım tapdanıb. Yeri gəlmişkən, mənim üçün seçicilərə müraciət edən dəyərli ziyalılarımıza, mənəvi köməyini əsirgəməyən insanlara təşəkkür edirəm". 

Aktual.az xəbər verir ki, bu fikirləri "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai birliyinin sədri, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova bildirib. 

G.Səfərova deyib ki, 9 fevral seçkiləri həm də onlarla qadın lideri üzə çıxarıb:

"Düşünürəm ki, onlar birgə addımlamalıdır. Çünki indiki məqamda mübariz qadın olmaq çox çətindi. Tanıyanlar bilir ki, dürüst, dəyişməz mövqeyi, prinsipləri olan adamam. Başqalarının ağrı-acısını özümünkü bilirəm, haqsızlıq olan yerdə susa bilmirəm, doğru saydığım hər şey uğrunda sona qədər mübarizə aparmağı bacarıram. 

9 fevralda Milli Məclisə keçirilən seçkilərdə müstəqil namizəd olaraq iştirak etdim, baxmayaraq ki, siyasi bloklardan birgə iştirak barədə təkliflər vardı. Bir daha vurğulayıram ki, heç vaxt hakimiyyətin, hansısa məmurun və ya müxalifətin adamı olmamışam, olmayacam da. Mənim üçün önəmli olan vətəndaşdı. Bundan sonra da heç bir siyasi qruplaşmada təmsil olunmayacağam. 

Yaxın zamanlarda azad fikirli dostlarla birgə yeni vətəndaş platforması yaratmaq barədə düşünürəm. Yaradacağım hərəkatda da müstəqil fəaliyyət göstərərək insan haqları, ədalətli məhkəmə sistemi, demokratiya, vətəndaş azadlığı yönündə fəaliyyət göstərəcəm, hüqüqu pozulan hər bir vətəndaşın yanında olacam. Bir sözlə, mübarizənin önündə olacam.

Aksiya, bəyanat barədə müraciət edənlər nəzərə alsın ki, mən bəyanat da verəcəm, etirazımı da bildirəcəm, aksiya da edəcəm. Amma öz komandamla. Fərqi vətəndaş bilir!".


OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...