Ötən il 14 insan alverçisi həbs edilib
2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-si keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb. Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, məhkumlardan 4-ü kişi, 10-u qadındır. Vurğulanıb ki, 2025-ci ildə insan alveri,