Logo

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıtda kişi meyiti aşkarlanıb.

Sfera.az xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Siyavuş Qasımov yaşayış binalarından birinin giriş hissəsində həyatını itirmiş halda tapılıb.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR