Başqalarının sənədləri ilə sərhədi keçmək istədilər
Ötən ay ərzində dövlət sərhədinin pоzulmasına görə 26 nəfər saxlanılıb. Bu barədə Sfera.az -a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Qeyd olunub ki, onların yeddisi Azərbaycan, səkkizi Əfqanıstan, dördü Pakistan, üçü İran, biri Türkiyə, biri Livan (qaçqın statusuna malik olan şəxs), biri Rusiya Federasiyası və biri Nigeriya vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə