Ağır QƏZA: ölən var

Ağır QƏZA: ölən var
Kateqoriya məlum deyil
T

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rüstəm Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR