19 yaşlı gənc ofisiant bu şadlıq sarayında ölübmüş
Ötən gün paytaxtda 19 yaşlı gəncin meyitinin tapılması barədə məlumat yayılıb. Sfera.az xəbər verir ki, hadisə "Şərq Saray" adlı şadlıq sarayında baş verib. Məlum olub ki, mərhum Nurlan Əliyev vəfat etdiyi günə qədər Nizami rayonunun Nəsimi küçəsində yerləşən həmin restoranda ofisiant kimi çalışıb. Onun meyiti iş yerində, asılmış vəziyyətdə aşkarlanıb. Bununla belə, "Şərq Saray" rəhbərliyi məsələ ilə bağlı yayılan məlumatı təkzib edərək, hadisənin onların obyektində baş vermədiyini bildirib.