Cəlilabadda avtomobil aşdı -Xəsarət alanlar var

Kateqoriya məlum deyil
T
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Nissan X-Trail” markalı avtomobil sərt döngədən eniş edərkən idarəetməni itirib və aşıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Təxminən 5 yatalının olduğu bildirilir.
Məlumata əsasən, avtomobil Yardımlı rayonundan Cəlilabad istiqamətində hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır.






