Beyləqanda 8 yaşlı uşağı maşın vurdu, vəziyyəti ağırdır

Beyləqanda 8 yaşlı uşağı maşın vurdu, vəziyyəti ağırdır
Kateqoriya məlum deyil
T

Beyləqanda avtomobil 8 yaşlı piyadanı vurub, vəziyyəti ağırdır.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

 

Rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlunu vurub.

 

Piyada A.Salahlı müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlıya qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

 

"Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

 

Faktla bağlı araşdırma başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR