Logo

Binəqədidə ikimərtəbəli ev yandı - VİDEO

Binəqədidə ikimərtəbəli ev yandı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Binəqədi rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Sulutəpə qəsəbəsinin Aran küçəsində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsi 150 kvadratmetr sahədə, həmçinin dam örtüyü və pilləkən qəfəsi yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun bitişik tikililərə keçməsinin qarşısı alınıb.

Evin birinci mərtəbəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR