Yanğından Mühafizə
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (FOTOLAR)
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Sfera.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın
Hadisə20.10.2026 23:46
Nazir rəisi işdən azad etdi - Yeni təyinat
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə polkovnik Eyvazov Soltan Sərxoş oğlu vəzifəsindən azad olunub. Onun yerinə Əmirov Qalib Davud oğlu gətirilib./qaynarinfo
Cəmiyyət13.10.2026 18:02
Kəmaləddin Heydərov onu rəis müavini təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis müavini təyin olunub. Sfera.az xəbər verir ki, Fövqaladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə bu vəzifəyə mayor Kənan Yolçuyev təyin edilib. Kənan Yolçuyev bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətində Yanğın Növbəsinin rəisi vəzifəsində çalışıb./musavat
Cəmiyyət28.08.2026 23:22
Bakıda avtobus yandı - Video
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Hadisə12.08.2026 22:24
Babək prospektində avtomobil salonu yanıb - VİDEO
Babək prospektində avtomobil salonu yanıb. Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət
Hadisə11.08.2026 10:15
Sumqayıtda yaşayış binasında yanğın - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Sfera.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış
Hadisə09.08.2026 14:50
Laçında yanğın oldu
Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində quru ot və kol-kos olan ərazidə qeydə alınıb. Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaşayış evlərinə keçməsinin və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəticədə evlər yanğından mühafizə olunub.
Hadisə07.08.2026 20:56







