Azərbaycanlı fəhlə Dağıstanda faciəvi şəkildə öldü
Kateqoriya məlum deyil
Dağıstanda tikintidə çalışan azərbaycanlı fəhlə faciəvi şəkildə həyatını itirib.
Sfera.az xəbər verir ki, hadisə inşa edilən çoxmərtəbəli binalardan birində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Abışov Elnur Gülağa oğlu işlədiyi binada hündürlükdən yıxılaraq ölüb.
Qeyd edək ki, mərhum Biləsuvar rayonunun Çaylı kənd sakinidir.
Onun iki azyaşlı övladı var.\\qafqazinfo






