Logo

Bakıda ad günündən qayıdan aparıcı qəzada öldü

Bakıda ad günündən qayıdan aparıcı qəzada öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı aparıcı Ada Süleymanın ölümü ilə bağlı yeni detallar məlum olub.

Sfera.az bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VOYAH markalı minik və yük avtomobillərinin iştirakı ilə qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

*****

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman vəfat edib.

Sfera.az xəbər verir ki, aparıcı yaxınları ilə doğum gününü qeyd edib. Evinə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinə aparıcılıq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR