Logo

Xaçmazda yol qəzası- bir ailədən altı nəfər xəsarət alıb

Xaçmazda yol qəzası- bir ailədən altı nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 22-də gecə saatlarında Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099”da olan sürücü və altı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda həkimlər onun həyatını xilas etmək üçün zəruri tibbi tədbirləri davam etdirirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Fotolar2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR