Velosipedçi ilə avtomobil arasında QƏZA
Kateqoriya məlum deyil
Ağdaşda maşın velosipedçini vurub.
Sfera.az xəbər verir ki, avtomobil hərəkətdə olan 1991-ci il təvəllüdlü velosipedçi İsmayılov Gündüz Saləddin oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Yaralı velosipedçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.






