Logo

83 yaşlı Əlövsət Polad vəfat etdi

83 yaşlı Əlövsət Polad vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib.

Sfera.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun mətbuat orqanı "Gündoğar" qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun "Xəbərlər" proqramı ilə əməkdaşlıq edib.

1990-cı ildən bədii yaradıcılığa başlayıb. "Bitməmiş povestlər" (2004), "Mənim dünyam", "Yazılan qalır", "Qalan yazılarım", "Narahatlıq", "Qurama", "Qiyamət" (2017) və "Ölümə hazırlıq" kimi kitabların müəllifidir.\\oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR