Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb
Kateqoriya məlum deyil
Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Sfera.az xəbər verir ki, İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, ibtidai istintaq aparılır.






