Logo

Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü

Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sfera.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömək etmək üçün xurma yığarkən ölüb. O, əlində olan dəmir nərdivanın elektrik naqili ilə toqquşması zamanı cərəyan vurması nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR