Lənkəranda 73 yaşlı kişi faciəvi şəkildə öldü
Kateqoriya məlum deyil
Lənkəran rayonunda 73 yaşlı kişi yıxılaraq ölüb.
Sfera.az xəbər verir ki, hadisə sentyabrın 3-də Sütəmurdov kəndində qeydə alınıb.
Kənd sakini 1953-cü il təvəllüdlü M.İbrahimovun yaşadığı evin həyətində nərdivandan yıxılaraq öldüyü bildirilir.
Araşdırma aparılır.






