Azərbaycanda ağır qəza: 5 nəfər öldü

Kateqoriya məlum deyil
T
Şəmkir rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində dünyasını dəyişib.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Sarıtəpə kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
Şəmkirdə ağır yol qəzası baş verib.
Sfera.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində - Əliyaqublu kəndində qeydə alınıb.
“VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 3 nəfər ölüb./teleqraf






