Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır
Kateqoriya məlum deyil
Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Nə? Harada? Nə zaman?" ( Что? Где? Когда?) intellektual televiziya oyununun keçmiş iştirakçısı Rövşan Əsgərov barəsində cinayət işinə qiyabi qaydada baxacaq.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, "nasizmin reabilitasiyasında, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətə təhrikdə və terror xarakterli digər cinayətlərdə" ittiham olunur.
Məhkəmənin mətbuat xidmətindən TASS-a bildirilib ki, cinayət işinin materialları məhkəməyə daxil olub, lakin hələlik məhkəmə iclasının tarixi müəyyən edilməyib.






