Logo

Göygöldə "BMW" alışıb yandı

Göygöldə "BMW" alışıb yandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göygöldə avtomobil anidən alışıb.

Sfera.az bizim.media-a istinadən xəbər verir ki, hadisə rayonunun giriş ərazisində baş verib.

1997-ci il təvəllüdlü Xəyal Məmmədova məxsus "BMW" markalı avtomobil anidən alovlanıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsi qısaqapanma səbəbindən alovlanıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Göygöl rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR