Bakıda BMW körpüdən aşdı
Kateqoriya məlum deyil
Avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
Sfera.az xəbər verir ki,bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.
Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.






