Yük maşınını geriyə sürərkən 75 yaşlı qadını vurub öldürdü

Yük maşınını geriyə sürərkən 75 yaşlı qadını vurub öldürdü
Kateqoriya məlum deyil
T

Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.


Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi "MAZ" markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.

 

Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

PAYLAŞ