“AFEN Plaza”da partlayış bu mağazada baş verib

Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.
Binada işləyən şəxslərin Sfera.az-a verdiyi məlumata əsasən, hadisə binanın birinci mərtəbəsində yerləşən elektrik avadanlıqlarının satışı ilə məşğul olan mağada baş verib.
Məlumata görə, partlayış nəticəsində plazanın lifti qırılıb və liftdə bir neçə nəfər köməksiz vəziyyətdə qalıb. Binada çalışanların köməkliyi ilə liftin içərisində qalan şəxslər xilas ediliblər.
Partlayış nəticəsində plazanın aşağı mərtəbəsində olanlar yaralanıblar.
Qeyd edək ki, TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Firuzə Əliyeva
Sfera.az






