Bakıda məşhur plazada partlayış oldu: Yaralananlar var -YENİLƏNDİ

Bakıda məşhur plazada partlayış oldu: Yaralananlar var -YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Partlayış nəticəsində yaralananların olduğu bildirilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

 

***

 

Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.

 

Sfera.az-ın əldə etdiyi məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.

 

Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.

 

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

 

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

 

***

REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.

 

***

DİN-in Mətbuat xidmətindən qeyd edilib ki, paytaxtın Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

 

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR