Lənkəranda marketdə partlayış oldu

Hadisə
14:06 / 28.05.2025
3366
Lənkəran rayonunda marketdə partlayış olub.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Şovu kəndində baş verib.
Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.