Sabah Masallının 5 kəndində qaz olmayacaq
Kateqoriya məlum deyil
T
Oktyabrın 8-də Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Sfera.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 8-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






