Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ
Hadisə
00:13 / 09.11.2024
4970
Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.
Sfera.az xəbər verir ki, Bakı şəhər sakini 32 yaşlı Nuranə Şıxəliyeva qonaq gəldiyi evin hamamında dəm qazından zəhərlənib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.