Güclü külək Sumqayıtda işıq dirəklərini AŞIRDI -FOTO - YENİLƏNDİ

Güclü külək Sumqayıtda işıq dirəklərini AŞIRDI -FOTO - YENİLƏNDİ

Avtomobil qəzası nəticəsində Sumqayıt şəhərində işıq dirəkləri aşıb.


Sfera.az-a “Azərişıq” ASC-dən verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib.



Bildirilib ki, ərazidən keçən avtomobil yoldan çıxaraq elektrik dirəklərindən birini aşırdıb və həmin dirəyin kabellərinin dartılması nəticəsində daha bir dirək də aşıb.

 

Hazırda hadisə yerində “Azərişıq” ASC-nin qəza xidməti çalışır. Qarşıdakı saatlarda dirəklər və elektrik enerjisinin verilişi bərpa ediləcək.

 

Qeyd edək ki, ilkin olaraq işıq dirəklərinin güclü külək nəticəsində aşdığı bildirilirdi.

 

***

 

11:29

 

Güclü külək Sumqayıt şəhərində işıq dirəklərini aşırıb.



Sfera.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri 16-cı mikrorayon və Corat qəsəbəsi hüdudlarında baş verib.



Hadisə nəticəsində zədələnən kabellər əraziyə düşüb. (report)


OXŞAR XƏBƏRLƏR