Azərbaycan Ordusunda Ulu Öndərin xatirəsi yad edildi
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Bu barədə Sfera.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub. Tədbirlərdə Ulu Öndərin şərəfli ömür yolundan və fəaliyyətindən bəhs