Bakıya sulu qar yağır
Faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar, qar yağır. Yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 santimetrdir. Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran,