Bəzi rayonlarda qar yağır - FAKTİKİ HAVA
Azərbbaycanın əksər bölgələrində yanvarın 2-si saat 10:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda