Logo

DİN-dən bayram günləri ilə bağlı çağırış - VİDEO

DİN-dən bayram günləri ilə bağlı çağırış - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib.

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir.

"Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində və xoş əhval-ruhiyyədə keçməsi üçün hamılıqla təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Bu günlərdə hər kəsdən ictimai yerlərdə nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək xahiş və tələb olunur.

Bayramınız təhlükəsiz keçsin!" - məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR