“Dayanıqlı şəhərlər üçün təkcə infrastruktur yox, güclü kommunikasiya da vacibdir" - Nigar Arpadarai
Media regional əməkdaşlığın gücləndirilməsində, innovativ həllərin yayılmasında və şəhərlərin uğurlu transformasiya nümunələrinin tanıdılmasında mühüm rol oynayır. Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində çıxışı zamanı Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai deyib. Nigar Arpadarai vurğulayıb ki, şəhər dayanıqlılığı təkcə infrastruktur, texnologiya və ya siyasətlə formalaşmır. Onun sözlərinə görə, bu anlayış həm də maarifləndirmə,