Paşinyan hərbçiləri ciddi cəzalandıracağı ilə hədələdi
Ermənistanın baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində ordudakı intizamsızlığı, qanunsuzluğu etiraf edib. Sfera.az xəbər verir ki, baş nazir müraciətində qeyd edib ki, hərbi əməliyyatlar zamanı əmrləri icra etməyən hərbçilər ciddi cəzalandırılacaq. "Əmrlərin icrasının məntiqi qeyd-şərtsiz və müzakirəsiz, hərbi vəziyyət şəraitində həyata keçirilməlidir, xüsusilə döyüş şəraitində. Kim ki, əmrə tabe olmur, kim ki, əmrin icrası iradəsini sarsıdıb, ciddi cəzalandırılmalı, məsuliyyətə cəlb