Logo

Dünyanın əsas güc mərkəzləri - Duqin adlarını açıqladı

Dünyanın əsas güc mərkəzləri - Duqin adlarını açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putinin “ideoloji müəllimi” kimi tanınan rusiyalı ideoloq Aleksandr Duqin ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi gözlənilən ilk üçtərəfli sammitini şərh edib.

Sfera.az xəbər verir ki, Duqin qarşıdakı görüşün dünyada əsas söz sahibi olan gücləri müəyyənləşdirdiyini iddia edərək bu qüvvələri Rusiya, Çin və Qərb kimi sıralayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə sammitin yeni “Yalta konfransı”na çevrilə biləcəyindən narahatlığını ifadə edib.

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin tarixdə ilk dəfə üçtərəfli formatda bir araya gələcəyi gözlənilən görüş beynəlxalq diqqət mərkəzindədir.

Rusiyada sammit 1945-ci ildə keçirilmiş Yalta konfransı ilə müqayisə olunur. Kiyevdən Tokiyoyadək bir sıra paytaxtlarda görüşün mümkün nəticələri ilə bağlı narahatlıq ifadə edilir.

"Reuters" agentliyinin məlumatına görə, Aleksandr Duqin Rusiyanın dövlət mediası olan “Radio Sputnik”ə açıqlamasında mümkün üçtərəfli görüşün dünyadakı güc balansını əks etdirdiyini bildirib.

“Bu, dünyada kimin əhəmiyyətli olduğunu göstərir: biz, Çin və Qərb”, – Duqin vurğulayıb.

O, görüşün dərin simvolik məna daşıdığını bildirərək bunun Qərbin qəbul etmədiyi çoxqütblü dünya nizamının təsdiqi olduğunu iddia edib.

Rusiyanın “Yeni Avrasiyaçılıq” cərəyanının əsas ideoloqlarından biri hesab edilən Duqin bu fikirləri əvvəllər də səsləndirib. O, 2021-ci ildə dərc etdiyi “Üçqütblü dünya quruldu” adlı yazısında ABŞ-nin qlobal hegemonluğunu davam etdirmək imkanlarının tükəndiyini və dünyanın faktiki olaraq ABŞ, Çin və Rusiyadan ibarət üçqütblü sistemə keçdiyini irəli sürmüşdü.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR