Gülnur Heydərova nazirlikdə yüksək vəzifəyə TƏYİN OLUNDU

Gülnur Heydərova nazirlikdə yüksək vəzifəyə TƏYİN OLUNDU
Kateqoriya məlum deyil
T

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) yeni təyinat baş tutub.

Gülnur Heydərova AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sfera.az bildirir ki, bununla bağlı Agentlik sədri Sərdar Hacıyev əmr imzalayıb.

Qeyd edək ki, ötən ilin dekabrından AXA-da çalışan G.Heydərova yeni təyinata qədər Laboratoriyaların idarə olunması və keyfiyyətə nəzarət üzrə Baş mütəxəssis vəzifəsində işləyib.

2018-2025-ci illərdə isə, o, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərib./yurd.media/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR