Agentlik sədri
Gülnur Heydərova nazirlikdə yüksək vəzifəyə TƏYİN OLUNDU
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) yeni təyinat baş tutub. Gülnur Heydərova AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Sfera.az bildirir ki, bununla bağlı Agentlik sədri Sərdar Hacıyev əmr imzalayıb. Qeyd edək ki, ötən ilin dekabrından AXA-da çalışan G.Heydərova yeni təyinata qədər Laboratoriyaların idarə olunması və keyfiyyətə nəzarət üzrə Baş mütəxəssis vəzifəsində işləyib.
Gündəm28.09.2026 19:45
Hasil Abbasovdan iki təyinat
Dövlət Məşğulluq Agentliyinin iki filialına yeni rəhbərlər təyin olunub. Sfera.az xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Pərviz Allahverdiyev Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri təyin olunub. Digər əmrlə, Abşeron-Xızı Regional Məşğulluq filialına isə rəhbərlik müvəqqəti olaraq müavin Zaur Allahverdiyevə tapşırılıb. Qeyd edək ki, daha əvvəl Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsində müvəqqəti olaraq
Gündəm24.09.2026 19:27


