Bakıda turist "Formula 1" üçün 26 min dolları nəyə xərcləyib? - VİDEO

Bakıda keçirilən "Formula 1" yarışlarında həftəsonu bir turistin xərclədiyi məbləğ diqqət çəkib.
Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə turistin Bakıdakı Formula 1 həftəsonu üçün ümumilikdə 26 min ABŞ dolları xərclədiyini bildirib.
Onun sözlərinə görə, bu məbləğin 12 min dolları Padok Kluba, 11 min dolları aviabiletə, 3 min dolları isə hotelə sərf olunub. Turistin sözlərinə görə, Padok Klub paketinə yüksək səviyyəli qonaqpərvərlik, yemək və içkilər, həmçinin yarış trekini izləmək imkanları daxil olub.
O, bu təcrübə zamanı Formula 1 pilotları, məşhurlar və komanda rəhbərləri ilə yaxın olmaq imkanının olduğunu bildirib. Səfərin diqqətçəkən məqamlarından biri isə Audi komandasının qarajına giriş olub. Turist üç gün ərzində qaraj turları zamanı mexanik və mühəndislərin işini yaxından izlədiyini qeyd edib. O, həmçinin Bakının müasir görünüşünü və şəhərin mənzərələrini yüksək qiymətləndirərək, bu qədər xərc çəkməsinə baxmayaraq, təcrübənin buna dəyər olduğunu vurğulayıb.
Firuzə Əliyeva






