Süni intelekt tərcüməçiləri əvəz edəcək? - Filoloqdan açıqlama

Süni intelekt tərcüməçiləri əvəz edəcək? - Filoloqdan açıqlama
Kateqoriya məlum deyil
T

Maşın tərcüməsinin təkmilləşməsi və süni intellektin inkişafı xarici dil öyrənməyin əhəmiyyətini azalda bilər. Texnologiyanın müxtəlif dillər arasında tərcüməni asanlaşdırdığı bir vaxtda xarici dil biliklərinə ehtiyacın əvvəlki kimi qalıb-qalmayacağı da müzakirə mövzusuna çevrilib.

Sfera.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışov bildirib ki, süni intellekt və maşın tərcüməsi dil öyrənmə prosesini müəyyən qədər asanlaşdırsa da, xarici dil bilməyin əhəmiyyətini tamamilə aradan qaldırmır.

Onun sözlərinə görə, cəmiyyət nə qədər sürətlə inkişaf edərsə, dil də buna uyğun olaraq formalaşır, inkişaf edir və zənginləşir:

“Bununla belə, süni intellekt vasitəsilə tərcümə dil üçün müəyyən risklər yarada bilər. Hər hansı ölkədə yeni istehsal sahələri və avadanlıqlar yaradılmadıqda, tərcümə zamanı həmin avadanlıqların adlarının xarici dildən götürülməsi zərurəti yarana bilər”.

Filoloq deyib ki, maşın tərcüməsinin və süni intellekt texnologiyalarının daha da təkmilləşməsi xarici dil öyrənməyə olan ehtiyacı müəyyən qədər azalda bilər. Lakin onun fikrincə, bu, xarici dil bilməyin əhəmiyyətini tamamilə aradan qaldırmayacaq:

"Süni intellekt tərcümə prosesini asanlaşdırsa da, dilin öyrənilməsi yalnız sözlərin bir dildən digərinə çevrilməsi ilə məhdudlaşmır. Xarici dil bilmək həmin xalqın mədəniyyətini, dünyagörüşünü və düşüncə tərzini birbaşa anlamaq baxımından da mühüm əhəmiyyət daşıyır. Süni intellektin Azərbaycan dilinə mənfi təsir göstərə biləcek fəsadlarının qarşısının alınması üçün cəmiyyət qarşısında iki əsas vəzifə dayanır. Bunlardan birincisi xalqın və ziyalı təbəqəsinin dilin saflığının qorunması istiqamətində mübarizəsi, ikincisi isə cəmiyyətin yüksək sürətlə inkişaf etməsidir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR