"Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB

"Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB
Kateqoriya məlum deyil
T

Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək ekspres avtobuslarda həssas əhali qrupları üçün güzəştlərin tətbiq edilib-edilməyəcəyi maraq doğurur.

Sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu məsələ qurumun səlahiyyətlərinə aid deyil.

Qeyd olunub ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma ilə bağlı güzəştlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin məlumatına görə, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi ilə əlaqədar avqustun 15-dən "Dərnəgül" istiqamətindən gələn qatarlar yalnız "Nizami" stansiyasına qədər hərəkət edəcək.

Sərnişinlərin daşınmasının fasiləsiz təmin olunması məqsədilə "Nizami" və "28 May" stansiyaları arasında 6 ekspres avtobus xəttə buraxılacaq. "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, avtobuslar 2 dəqiqə 30 saniyə intervalla fəaliyyət göstərəcək və bu marşrut üzrə gediş ödənişli olacaq.

Bununla yanaşı, ekspres avtobuslarda həssas əhali qrupları üçün ayrıca güzəşt mexanizminin tətbiqi ilə bağlı hələlik hər hansı rəsmi qərar açıqlanmayıb. AYNA-nın bildirdiyinə görə, bu məsələ şəhərdaxili sərnişindaşıma sahəsində qüvvədə olan Nazirlər Kabinetinin qərarları əsasında tənzimlənir.

Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə də sorğu göndərmişik. Güzəştlərin tətbiqi ilə bağlı rəsmi mövqe açıqlanacağı təqdirdə əlavə məlumat veriləcək.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR