Müharibələr nəticəsində öldürülən LİDERLƏR

Müharibələr və silahlı münaqişələr zamanı bəzi dövlət başçıları və hökumət rəhbərləri həyatını itirib.
Sfera.az xəbər verir ki, bu cür hallar həm birbaşa hərbi əməliyyatlar, həm də müharibənin siyasi nəticələri ilə bağlı olub.
Müharibələr nəticəsində öldürülən dünya liderlərini təqdim edirik:
Avram Linkoln

ABŞ-nin 16-cı Prezidenti Abraham Linkoln 1865-ci ildə sui-qəsd nəticəsində həyatını itirib. Hadisə Amerika Vətəndaş Müharibəsinin dərhal ardından baş verib.
Hafizullah Amin

Əfqanıstan lideri Hafizullah Amin isə 1979-cu ildə Sovet-Əfqanıstan müharibəsi zamanı Sovet xüsusi təyinatlıları tərəfindən öldürülüb.
Çili Prezidenti Salvador Allende

1973-cü ildə hərbi çevriliş zamanı prezident sarayında ölüb.
Əfqanıstanın Prezidenti Muhamməd Nəcibullah

Muhamməd Nəcibullah isə 1996-cı ildə Taliban tərəfindən vətəndaş müharibəsi zamanı öldürülüb.

ABŞ Prezidenti Donald Tramp 28 fevralda İsraillə birlikdə İrana qarşı başlatdıqları hücumlarda İranın dini lideri Ayətullah Əli Xameneinin öldürüldüyünü açıqladı.
Beynəlxalq hüquq çərçivəsində dövlət başçılarının öldürülməsi məsələsi mürəkkəbdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə görə, dövlətlər başqa dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq edə bilməzlər. Silahlı münaqişə şəraitində isə dövlət başçısı aktiv hərbi komandanlıq funksiyası daşıyırsa, o hədəf hesab edilə bilər. Lakin döyüşdən kənarlaşdırılmış şəxsin öldürülməsi beynəlxalq hüquq baxımından müharibə cinayəti sayılır. Tarix göstərir ki, müharibələr yalnız cəbhədə deyil, siyasi liderlər səviyyəsində də ölümcül nəticələrə səbəb olur.
Niyaz Hacıyev
Sfera.az
