Netanyahu: "Xameneinin öldüyünə dəlalət edən məqamlar var"

Netanyahu: "Xameneinin öldüyünə dəlalət edən məqamlar var"
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə endirilən zərbə zamanı İslam Respublikasının ali lideri Əli Xameneinin iqamətgahını vurub.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri televiziya ilə yayımlanan müraciətində deyib.

 

"Bu gün səhər güclü və qəfil zərbə nəticəsində tiran Xameneinin bina kompleksini dağıtdıq", - o bildirib.

 

B.Netanyahu əlavə edib ki, zərbə nəticəsində Xameneinin həlak olması ehtimalı var. "İranda diktatorun artıq olmaya biləcəyinə dair bütün əlamətlər mövcuddur", - deyə o bildirib.

 

Qeyd edək ki, bu məlumat İran tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib.

PAYLAŞ