Çavuşoğlu Azərbaycana gəlir
19:00 / 01.12.2016
1653
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbaycana işgüzar səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbədən bildirilib.
Səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb. Danışıqlar zamanı regiondakı hadisələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.