Ermənistan sərhədimizə ordu yığmır? – İrəvan özünü ifşa etdi

Ermənistan sərhədimizə ordu yığmır? – İrəvan özünü ifşa etdi

Ermənistan Müdafiə Nazirliyi ötən gün qoşunlarının Arazdəyən istiqamətindən Kərki kəndinə doğru hərəkətini əks etdirən görüntülər barədə açıqlama yayıb.

 

Sfera.az xəbər verir ki, Ermənistan MN yayılan görüntülərin həqiqəti əks etdirmədiyini iddia edib.

 

Bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində son əməliyyat vəziyyəti stabildir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür:

 

“Dünən, martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən işə götürülən sürücülərin fotoşəkilləri bir sıra teleqram kanallarında yayılaraq, bunu qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar”.

 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi fevral ayında açıqlama yayaraq, 1 aprel-28 iyun tarixləri arasında ehtiyatda olan 4799 hərbi qulluqçunu təlimə çağıracağını elan etmişdi. Yəni ehtiyatda olanların təlimi hələ 1 apreldə başlayacaq, ona görə də 30 martda “təlim prosesi çərçivəsində işə götürülən sürücülərin avtoyürüşü” məntiqi özünü doğrultmur.

 

İkincisi, “təlim keçirən sürücülərin avtoyürüşü zamanı” hərbi maşınlar əsgərlərlə dolu olmur.

 

Üçüncüsü, zirehli texnikanın, o cümlədən tankların daşınmasının da “təlim keçən sürücülərin avtoyürüşünə” heç bir aidiyyəti yoxdur. Videodan isə ağır texnikanın daşındığı görünür.

 

Dördüncüsü, niyə təlim keçən sürücülər məhz sərhədimizə doğru hərəkət edirlər? Ermənistanda “təlim keçiləcək” başqa yol yoxdurmu?

Axar.az


OXŞAR XƏBƏRLƏR

Elçin Əmirbəyov: "Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər"

2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər.   Sfera.az xəbər verir ki, bu...

"Şəkillərinə baxıram, deyirəm ki..." - İlqar Mirzəyevin oğlundan təsirli PAYLAŞIM

2020-ci il iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə bağlı ...

Elçin Əmirbəyov Aliza Bin-Nun ilə GÖRÜŞDÜ

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə Cənubi Qa...

Bakı metrosunun iş rejimi DƏYİŞDİRİLİR - RƏSMİ

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.   Sfera.az xəbər verir ki, həmin ...

Dünya bazarlarında neft UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyər...

Elçin Əmirbəyov: "Ermənistanın COP29-un Bakıda keçirilməsinə razılığı etimad tədbirlərinin nəticəsidir"

Ermənistan COP Bürosunun üzvü kimi etimadın möhkəmləndirilməsi tədbirləri nəticəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...