Elçin Əmirbəyov: "Ermənistanın COP29-un Bakıda keçirilməsinə razılığı etimad tədbirlərinin nəticəsidir"

Elçin Əmirbəyov:

Ermənistan COP Bürosunun üzvü kimi etimadın möhkəmləndirilməsi tədbirləri nəticəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsi ilə razılaşıb.

 

Sfera.az xəbər verir ki, bunu Almaniyanın “Zeit” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

 

Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir:

 

“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik. 32 erməni hərbçisinin 2 azərbaycanlı hərbçi ilə dəyişdirilməsi barədə razılığa gəldik. Eyni zamanda, Ermənistan COP Bürosunun üzvü kimi öz növbəsində Azərbaycanın bu il COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə bağlı razılığa gəlib. Bu, etimad tədbirlərinin nəticəsi idi və bunun necə həyata keçirilə biləcəyini göstərir”.


OXŞAR XƏBƏRLƏR

Rəisinin helikopterinin sərhədimizdən son - FOTOSU

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərhədimizdən lentə alının son fotosu yayılıb.   Qeyd edək ki, prezident, eyni zamanda XİN ...

Qəza yerindən növbəti görüntülər - VİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidən növbəti görüntülər yayılıb.   Sfera.az həmin görüntüləri təqdim edir: ...

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqladı

Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə qəd...

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb.   Sfera.az ax...

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   Sfera.az lent.az-a istinadən xə...

İlham Əliyev İbrahim Rəisinin qəzaya düşməsi ilə pağlı paylaşım etdi

Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.   Sfera.az xəbər verir ki, Prezident...