Gözəllik salonları və bərbərlər də işləməyəcək
16:07 / 08.12.2020
2337
Xəbər verdiyimiz kimi, dekabrın 14-dən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq ediləcək. "Qafqazinfo”nun məlumatına görə, sərt karantin dövründə gözəllik salonlarının da fəaliyyətinə icazə verilmir.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.