Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı tədbirlər keçirdi - FOTO

Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı tədbirlər keçirdi - FOTO
Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı bir sıra tədbirlər keçirib.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, əvvəlcə Respublika Stend Atıcılığı üzrə İdman Kompleksində nazir Fərid Qayıbovun iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Nazirliyin kollektivi və atıcılıq idmanı üzrə yığma komanda üzvləri kompleksin həyətində ümumilikdə 100 ağac əkiblər.

Ölkə üzrə isə ümumilikdə Nazirliyin tabeliyində olan 44 idman kompleksi və gənclər evinin ərazisində, şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq, 2 907 ağac əkilib.

Nazirliyin rəhbərliyi və kollektivi, eləcə də gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri II Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək həlak olmuş qəhrəmanlarımızın məzarları önünə gül-çiçək düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Anım mərasimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında keçirilib. Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Vətən müharibəsi şəhidi Səbuhi Sadıxovun atası Rövşən Sadıxov, Vətən müharibəsi qazisi, ADBTİA-nın magistrantı Elnur Əkbərov və Olimpiya çempionu Namiq Abdullayev çıxış ediblər.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...