Gəncədə ödəmə terminallarını yaran 3 nəfər tutulub - FOTO

Gəncədə ödəmə terminallarını yaran 3 nəfər tutulub - FOTO

 

Gəncədə ödəmə terminallarını qıraraq oradan pul aparan üç nəfər saxlanılıb. 

Oxu.Az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin müxtəlif yerlərində bir neçə dəfə "MilliÖn” ödəmə terminalını qıraraq oradan pul aparan Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü Tural Əşrəfov, 1990-cı il təvəllüdlü Atil Hacıyev və 1994-cü il təvəllüdlü Həsən Salmanov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxslər əlbir olaraq 2015-ci ili sentyabr ayında şəhərin Şah İsmayıl Xətai prospektində olan "MilliÖn” ödəmə terminalından nağd pul oğurlayıb talamağa cəhd edib, lakin cinayəti başa çatdıra bilməyiblər. 

İkinci cinayət əməlini isə Tural Əşrəfovla Atil Hacıyev bu ilin fevral ayının 14-dən 15-ə keçən gecə şəhərin Atatürk prospektində həyata keçiriblər. Onlar küçədə yerləşdirilən "MilliÖn” ödəmə terminalını sındıraraq içərisində olan 1065 manatı aparıblar. Onlar aparatın müxtəlif hissələrini zədələməklə başqasının əmlakına 1300 manat dəyərində ziyan da vurublar.

Üçüncü cinayət əməli isə saxlanılan hər üç şəxsin iştirakı ilə bu il martın 30-da baş verib. Onlar Nizami küçəsində quraşdırılmış "MilliÖn” aparatını qıraraq dəyəri 310 manat olan pul kasetini və içərisindəki 217 manatı oğurlayıb aparıblar. Həmçinin aparatın müxtəlif hissələrini qıraraq özgəsinin əmlakına 1300 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

 

 
 

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...